Gəncədə Aşıq Molla Cüməyə həsr edilmiş tədbir keçirildi

Gəncədə Aşıq Molla Cüməyə həsr edilmiş tədbir keçirildi
calendar 18 oktyabr 2024
clock 11:30

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Musiqi kimliyimiz" layihəsi aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Molla Cümənin 170 illiyinə həsr olunub.

Kulis.az xəbər verir ki, layihənin ilk günü Gəncə şəhər Fikrət Əmirov adına 1 saylı UMM, Zərif Qayıbov adına 5 saylı UMM-nin müəllim və şagirdləri çıxış ediblər. Onların ifasında "Baş şəşəngi", "Dost mehriban ya bir ola ya iki", "Ay bala gəlin", "Yaşa Azərbaycan", aşıq havası "Paşa köçdü", el havası, "Gödək donu", "Baş dubeyti" havası səsləndirilib.

view 440 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news