Həmidə Ömərovanın yaradıcılıq gecəsi keçiriləcək

Həmidə Ömərovanın yaradıcılıq gecəsi keçiriləcək
calendar 13 noyabr 2023
clock 15:38

Noyabrın 19-da Bakı Musiqi Akademiyasının Opera studiyasının səhnəsində Azərbaycanın Xalq artisti Həmidə Ömərovanın yubiley yaradıcılıq gecəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbirdə Rasim Balayev, Nurəddin Mehdixanlı, Sərxan Sərxan, Gülyanaq Məmmədova, Xalidə Quliyeva və digərləri iştirak edəcəklər.

Həmidə Ömərova 30-dan çox filmdə çəkilərək 80-ci illərin ən uğurlu azərbaycanlı aktrisasına çevrilib. O, 1982-ci ildə çəkildiyi “Qorxma, mən səninləyəm”filmindəki Telli rolu ilə Azərbaycandan kənarda da məşhurlaşıb.

view 974 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news