“Həyat dairəsi” sərgisi olacaq

“Həyat dairəsi” sərgisi olacaq
calendar 8 sentyabr 2023
clock 18:38

“Nine Senses” incəsənət mərkəzində rəssam-kosmoqraf, astropsixoloq Fərhad Sadıxovun “Həyat dairəsi” sərgisi olacaq.

Kulis.az xəbər verir ki, sərgi sentyabrın 10-da saat 18:00-da açılacaq. Eyni zamanda, proqramda başqa tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Belə ki, tamaşaçılara musiqiçi və səs terapevti İlhamə Babayevanın səs hilinq-sessiyası təqdim ediləcək.

Sərginin iştirakçıları mistik mandal dünyasına səyahət etmək üçün unikal imkan əldə edəcək, həmçinin səs terapiyaları sessiyalarına qatılacaq və sərbəst rəqs təcrübəsini öyrənəcəklər.

Tədbir saat 20:00-da sərbəst rəqs praktikası ilə başa çatacaq.

view 899 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news