Yazıçı İlham Əzizin “Şimşəkdən sonra” adlı hekayələr kitabı nəşr olunub.
Müəllifin Kulis.az-a verdiyi məlumata görə, “Şimşəkdən sonra” hekayələr toplusu müəllifin ilk kitabıdır.
Kitabda müəllifin 10 hekayəsi yer alıb.
- Yekaterinburqda beynəlxalq kitab festivalı keçiriləcək
- Azərbaycanda yeni uşaq jurnalı fəalliyyətə başlayır
- Gənc musiqiçilərimizin Gürcüstan qalibiyyəti
“Şimşəkdən sonra” kitabının redaktoru Sərdar Amin, korrektoru Nadir Yalçındır. Rəsmlər isə Aynur Aydına məxsusdur.
Xatırladaq ki, kitabın təqdimatı aprelin 16-ı, saat 15:00-da “Libraff” kitab mağazasında (Elmlər Akademiyası metrosunun əsas çıxışı ilə üzbəüz) baş tutacaq.
İlham Saleh oğlu Əzizov 1972-ci il aprelin 16-da Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. 1979–1989-cu illərdə Salyan rayonu Noxudlu kənd orta məktəbində təhsil alıb. 1987–1989-cu illərdə Moskva Dövlət Universitetinin qiyabi Riyaziyyat məktəbini bitirib. 1989–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olub. 1994-cü ildən Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsində çalışıb. 1997-ci ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsinin "Büdcədənkənar fondlar" şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1998-ci ildə öz ərizəsi ilə vəzifəsindən azad edilib. Həmin ildən şəxsi bizneslə məşğuldur. Hazırda "Karizma Tradiq" şirkətinin direktorudur. Ailəlidir. İki övladı var. 2017-ci ildə ''İlham Əziz'' imzası ilə ədəbi fəaliyyətə başlayıb. Dövri mətbuatda hekayə, resenziya, publisistik yazıları ilə çıxış edir. 2022-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.