İnsanların kitab oxuma vərdişləri araşdırıldı

İnsanların kitab oxuma vərdişləri araşdırıldı
calendar 7 yanvar 2023
clock 10:40

1100 nəfərin iştirakı ilə keçirilən WALL-Areda Araşdırması Türkiyədə insanların kitab oxuma vərdişlərini araşdırıb.

Kulis.az xəbər verir ki, araşdırmaya görə, burada oxucular çap kitabları, e-kitablar və audiokitablar arasında ən çox 88,4 faizlə çap kitablarına üstünlük verirlər. Elektron kitablara üstünlük verənlər 6,7 faiz, audio kitablara üstünlük verənlər isə 4,8 faizdir.

Oxucuların 94,5 faizi kitablarını evdə digərləri isə müvafiq olaraq ictimai nəqliyyat, park-kafe, məktəb və kitabxanada oxuyur. Oxucuların 27 faizi kitab alarkən internet saytlarına üstünlük verir.

Məlum olub ki, insanların 35,2 faizi ayda bir dəfə, 29,6 faizi altı ayda bir, 15,5 faizi ildə bir dəfə, 10,3 faizi həftədə bir dəfə kitab alır. 9,4 faiz isə kitab almır.

view 1578 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news