İspan rejissor Emmi mükafatı qazandı

Alberto Mielqo, rejissor

Alberto Mielqo, rejissor

calendar 12 avqust 2022
clock 14:00

"Süpürgəçi" qısametrajlı animasiya filminə görə “Oskar” mükafatı laureatı ispaniyalı Alberto Mielqo “Netflix”də yayımlanan "Love, Death & Robots" cizgi serialında "Jibaro" epizoduna görə “Emmi” mükafatı qazanıb.

Kulis.az xəbər verir ki, rejissor sözügedən mükafatı “Qəhrəmanların dizayn edilməsi” nominasiyası üzrə alıb.

Qeyd edək ki, ABŞ-ın Televiziya Akademiyası “Creative Arts Emmy Awards” kimi tanınan bu mükafatı kreativliyi ilə seçilən sənətçilərə təqdim edir.

view 1213 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news