Kanye Uest yenidən məhkəməyə verildi

Kanye Uest, reper

Kanye Uest, reper

calendar 1 iyul 2022
clock 10:30

Amerikalı reper, prodüser və bəstəkar Kanye Uest məhkəməyə verilib.

Kulis.az xəbər verir ki, bu barədə Billboard məlumat yayıb. DJ Marşall Cefferson Nyu Yorkda ABŞ Rayon Məhkəməsində iddia qaldırıb. O, Uesti müəllif hüquqlarını pozmaqda ittiham edir. Ceffersonun sözlərinə görə, reper 1986-cı ildə yazdığı "Move Your Body" (həmçinin "The House Music Anthem" kimi tanınır) trekinin fraqmentini yeni "Donda 2" albomundan "Flowers" mahnısında istifadə edib.

Daha əvvəl bildirilmişdi ki, Kanye Uest albomunun adını daşıyan burger dükanını məhkəməyə verməklə hədələyib.

view 1219 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news