Kişiləri Qoruma Dərnəyi Merve Boluğuru məhkəməyə verir

Kişiləri Qoruma Dərnəyi Merve Boluğuru məhkəməyə verir
calendar 14 avqust 2024
clock 15:36

Aktrisa Merve Boluğur sosial şəbəkədəki paylaşımları ilə gündəm olmaqda davam edir.

Kulis.az xəbər verir ki, sənətçi avqustun 10-da kişilərə qarşı “İnstaqram açılsın, kişilər bağlansın” cümləsi ilə paylaşım edib.

Boluğur bu paylaşımından sonra açıqlamasında deyib:

"Təbii ki, belə bir şey deməmişəm. Kişiləri, xüsusən də qaraşınları sevirəm".

Ancaq bu açıqlama Kişiləri Müdafiə Dərnəyinin sədri Bahri İnceleri qane etməyib. İnceler dərnək adından Boluğura qarşı iddia qaldırılacağını açıqlayıb.

view 430 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news