Mədəniyyət naziri: "Bu il 24 mln. manat büdcə vəsaitinə qənaət ediləcək"

Mədəniyyət naziri:  "Bu il 24 mln. manat büdcə vəsaitinə qənaət ediləcək"
calendar 25 noyabr 2022
clock 15:50

2022-ci il üçün dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə ayrılmış vəsaitin 24 mln manatına qənaət ediləcəyi gözlənilir.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

O, son iki ilin qənaət rəqəmlərini vurğulayıb: "2020-ci ildə bu qənaət 32,3 mln manat, 2021-ci ildə isə 38,4 mln manat olub. Ümumilikdə, 2020-2021-ci illərdə dövlət büdcəsinə 70,7 mln manat qaytarılıb".

Nazir qeyd edib ki, təkcə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin büdcədən kənar daxilolmalarının idarəçiliyi sahəsində 2022-ci ilin ilk 10 ayı ərzində 523 406 manat dövlət büdcəsinə ödənilib: "Bu rəqəm 2019-cu illə müqayisədə 61 faiz artıqdır. 523 406 manatın 328 604 manatı mədəniyyət evlərinin, 180 069 manatı musiqi məktəblərinin, 14 733 manatı isə kitabxanaların payına düşür".

view 1073 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news