Mənzər Niyarlının kitabı Türkiyədə çap olundu

Mənzər Niyarlının kitabı Türkiyədə çap olundu
calendar 9 oktyabr 2024
clock 13:37

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Mənzər Niyarlının növbəti kitabı Türkiyədə işıq üzü görüb.

Kulis.az xəbər verir ki, “Düyün gününün sabahı” adlanan kitab Ankrada “BENGÜ” yayınlarında çap edilib. Hekayələr toplusu olan nəşrin tərtibçisi və ön sözün müəllifi Zeynep Yıldırımdır.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Mənzər Niyarlının bu kitabında on səkkiz hekayəsi yer alıb. 262 səhifəlik kitabdakı hekayələr müxtəlif mövzuları əhatə edir.

view 422 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news