Məşhur rəssam vəfat etdi

Marqaret Kin, rəssam

Marqaret Kin, rəssam

calendar 1 iyul 2022
clock 09:40

Məşhur amerikalı rəssam Marqaret Kin vəfat edib.

Kulis.az xəbər verir ki, rəssam 94 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Marqaretin həyat yoldaşı Uolter Kin uzun müddət onun əsərlərini öz adından təqdim edib. Məlum olub ki, həyat yoldaşı Marqareti gündə 16 saat işlədib. Hətta evdə olmayanda da ona zəng edərək təzyiq göstərib. Rəssam daha sonra ərindən boşanaraq 1986-cı ildə onu məhkəməyə verib. O, bununla rəsmlərin əsl sahibinin özü olduğunu sübut edib.

Rejissor Tim Börton 2014-cü ildə “İri gözlər” bioqrafiya filmində Marqaretin həyat hekayəsini canlandırıb.

view 1274 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news