Məşhur yazıçı terrorçu və ekstremistlər reyestrinə daxil edildi

Məşhur yazıçı terrorçu və ekstremistlər reyestrinə daxil edildi
calendar 18 dekabr 2023
clock 18:31

Rusiya yazıçısı Boris Akunin terrorçu və ekstremistlər reyestrinə daxil edilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, daha əvvəl yazıçı söhbətlərin birində Kiyevin hazırkı münaqişə zamanı hərbi qələbə qazana bilməyəcəyini etiraf edib, eyni zamanda pilotsuz təyyarələrdən istifadə etməklə Rusiya şəhərlərinə hücum cəhdlərinə haqq qazandırıb.

Söhbətin səs yazısı dərc edildikdən sonra "Read-Qorod - Bukvoed" birləşmiş kitab mağazaları şəbəkəsi Rusiya əleyhinə bəyanatlarına görə Akuninin kitablarının satışını dayandırıb.

view 879 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news