Musa Yaqubun qəbirüstü abidəsi hazırlanır

Musa Yaqub, Xalq şairi

Musa Yaqub, Xalq şairi

calendar 6 yanvar 2022
clock 16:20

Mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsi tamamlanmaq üzrədir.

Bu barədə APA-ya qəbirüstü abidənin müəllifi, Xalq rəssamı, heykəltəraş Natiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, qəbirüstü abidənin şairin ölümünün ildönümünə qədər qoyulması planlaşdırılır.

N. Əliyev vurğulayıb ki, hazırda abidənin gips modelinin qranitə köçürülməsi prosesinə başlanılıb.

Qeyd edək ki, Musa Yaqub ötən il mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində vəfat edib. O, vəsiyyətinə uyğun olaraq kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

view 1476 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news