Ölümlə nəticələnən filmin çəkilişlərinə başlanıldı

Alec Baldwin

Alec Baldwin

calendar 6 oktyabr 2022
clock 12:40

ABŞ-da ölümlə nəticələnən qəza səbəbindən çəkilişləri dayandırılan “Rust” filiminin istehsalı yenidən başlayacaq.

Kulis.az "CNN Türk"ə istinadən xəbər verir ki, aktyor Alek Bolduin çəkilişlər zamanı həlak olan operator Qalina Hatçinsin ailəsi ilə bu barədə razılığa gəlib.

Belə ki, Bolduin də daxil olmaqla, filmin bir qrup əməkdaşı səhlənkarlığa görə məhkəməyə verilmişdi. Lakin tərəflər artıq razılığa gəliblər.

Metyu Hatçins mərhum həyat yoldaşı Qalinanın ruhuna ehtiram əlaməti kimi filmin çəkilişlərində əvvəlki aktyor heyətinin iştirak edəcəyini bildirib.

Qeyd edək ki, “Rust” filminin çəkilişi zamanı operator Qalina Hatçins təsadüfi güllə yarasından ölmüş, rejissor Coel Souza isə ağır yaralanmışdı.

view 1188 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news