Orhan Pamuk mükafata layiq görüldü

Orhan Pamuk, yazıçı

Orhan Pamuk, yazıçı

calendar 2 dekabr 2021
clock 10:50

Məşhur türk yazıçı Orhan Pamuk “45. Sedat Simavi Ödülleri” mərasimində ədəbiyyat mükafatı ilə təltif edilib.

Kulis.az xəbər verir ki, məşhur türk yazıçı Orhan Pamuk ədəbiyyat mükafatına layiq görülüb. Bu mükafat ona “Vəba gecələri” romanına görə təqdim olunub.

Qeyd edək ki, Sedat Simavi mükafatı Türkiyədə jurnalistika, radio, televiziya ilə yanaşı, elm, sənət, idman sahələrində uğur qazanmış şəxslərə, qurumlara, əsərlərə verilən illik mükafatdır.

view 1449 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news