"Kral aslan" və "Oyuncaq hekayəsi" cizgi filmlərinin animatoru, rejissor Ralf Eqlston vəfat edib
Kulis.az xəbər verir ki, animator 56 yaşında Luiziana ştatının Leyk Çarlz şəhərində dünyasını dəyişib. Onun ölümünə səbəb mədəaltı vəzi xərçəngi olub.
O, "Oyuncaq hekayəsi", "Ələddin", "Pocahontas", "Maşınlar", "Super ailə" kimi cizgi-filmlərində quruluşçu dizayner kimi çalışıb. Onun digər layihələrinə "Soul", "Yuxarı", "Sevimli canavarlar", "Ratatuy" və "Nemonun axtarışında" daxildir.
- Opera ulduzları Bakıda çıxış edəcək
- Subaylara fahişə pulu verilsin TÜRKİYƏDƏ ŞOK TƏKLİF
- Varisin romanı Amerikada nəşr olundu
O, 2002-ci ildə rejissorluq etdiyi və yazdığı "Quşlar haqqında" qısametrajlı cizgi-filminə görə "Oskar" mükafatı alıb. Rejissoe həmçinin karyerası ərzində üç "Annie" mükafatı qazanıb.