Ramiz Həsənoğlu: "Özümü bəxtigətirən adam hesab edirəm" - "O" verilişi

Ramiz Həsənoğlu

Ramiz Həsənoğlu

calendar 17 fevral 2023
clock 21:00

Ötən gün Mədəniyyət TV-nin efirində aparıcı Bəhruz Niftəliyevin təqdimatında “O” verilişi təqdim olunub.

Kulis.az xəbər verir ki, verilişin qonağı Xalq artisti, rejissor Ramiz Həsənoğlu olub.

Rejissor on altı yaşından bu günə qədər keçdiyi həyat və sənət yolundan bəhs edib. Tələbəlik illərini həyatının ən əlamətdar və məhsuldar dövrü hesab edən sənətkar sonrakı dövrlərdə yenidən öz üzərində işləməsindən, qazandığı təcrübələrdən danışıb.

Ramiz Həsənoğlu veriliş boyu 67 illik bir zaman kəsiminin böyük bir hissəsinin şahidi və iştirakçısı olduğunu da qeyd edərək, Qərbi Azərbaycandan - İrəvandan ailəsi ilə birgə sürgün olunduğu anları da xatırlayıb.

Verilişin informasiya dəstəkçisi Kulis.az saytıdır.

view 1864 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news