“Sənətkarın dostu” layihəsi davam edir

“Sənətkarın dostu”  layihəsi davam edir
calendar 25 oktyabr 2024
clock 10:48

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, tarzən Elçin Həşimov ilə görüş keçiriləcək.

Kulis.az xəbər verir ki, görüşdə tar aləti və onun ifaçılıq ənənələri, peşəkar musiqi mədəniyyətinin inkişafında tarın rolu, pedaqoji fəaliyyət, uşaq və gənclərin bədii zövqünün formalaşdırılması istiqamətində söhbət aparılacaq.

Sənətkarın və istedadlı gənclərin ifasında müxtəlif musiqi əsərləri təqdim olunacaq.

Görüş 29 oktyabrda saat 15:00-da Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində baş tutacaq.

view 468 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news