Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü
calendar 23 aprel 2024
clock 17:30

Çexiyada yaşayan əslən Şuşadan olan azərbaycanlı gənc skripkaçı Canel Nəcəfli İspaniyanın Barselona şəhərində keçirilən “Victoria Music Competition for Violin” müsabiqəsində Fəxri diploma layiq görülüb.

Kulis.az xəbər verir ki, müsabiqənin münsiflər heyətinin prezidenti, professor Viktor Tretyakov, münsifləri professor Nataliya Lixopoy və Laya Monserat olub.

Qeyd edək ki, bu, Canel Nəcəflinin beynəlxalq müsabiqələrdə ilk qalibiyyəti deyil. Bundan əvvəl “Florida keys” beynəlxalq müsabiqəsində ikinci yer tutduğu üçün Nyu- Yorkda yerləşən dünyada məşhur “Weill” konsert salonunda Fikrət Əmirovun “Məhəbbət rəqsi” əsərini ifa edib.

view 684 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news