Tanınmış şairin oğlu evində ölü tapıldı - Foto

Tanınmış şairin oğlu evində ölü tapıldı - Foto
calendar 29 oktyabr 2021
clock 05:31

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


Kulis.az mətbuat.az-a istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Əfəndiyev Nofəl Ağamalı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.


Qeyd edək ki, mənzildən meyiti tapılan 50 yaşlı Əfəndiyev Nofəl Ağamalı oğlu tanınmış şair, jurnalist Ağamalı Sadiq Əfəndinin oğludur.


Mərhumun sabah doğulduğu Qazax rayonunda dəfn ediləcəyi bildirilir.

view 5998 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news