Pianoçu, musiqişünas, Əməkdar incəsənət xadimi Tərlan Mir Əşrəf oğlu Seyidov uzun sürən xəstəlikdən 80 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə Bakı Musiqi Akademiyası məlumat yayıb.
Qeyd edək ki, Tərlan Seyidov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində yaratdığı Orta ixtisas musiqi məktəb-studiyasına 43 il rəhbərlik edib, BMA-da işlədiyi illərdə çoxsaylı musiqiçilərin yetişdirilməsində böyük əmək sərf edib. O, bir sıra monoqrafiyaların, dərsliklərin, topluların, məqalələrin müəllifidir. Onun müəllif layihələri təkcə Azərbaycanda deyil, həm də ölkə hüdudlarından kənarda böyük marağa səbəb olub.
- Amerikalı müğənni 96 yaşında vəfat etdi
- Obama, Kim Çen və Bin Laden bir arada VİDEO
- “Çölçü” filmi beynəlxalq festivalda
Sənətçi ilə vida mərasimi saat 11-da Təzə Pir məscidində təşkil olunacaq.
Allah rəhmət eləsin!