Türkiyəli yazıçı vəfat etdi

Türkiyəli yazıçı vəfat etdi
calendar 26 sentyabr 2022
clock 10:00

Türkiyəli yazıçı Ahmet Özalp vəfat edib.

Kulis.az xəbər verir ki, yazıçı 69 yaşında xərçəng xəstəliyindən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Ahmet Özalp Osmanlı dövrü ədəbiyyatının, sənətinin günümüzdə yenidən yayımlanmasında rolu olan əsas araşdırmaçılardan biri idi. 2017-ci ildə o, araşdırma yazılarına görə “Necip Fazıl Fikir-Araşdırma” mükafatına layiq görülüb.

view 1353 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news