Uitni Hyustonun anası vəfat etdi

Uitni Hyustonun anası vəfat etdi
calendar 8 oktyabr 2024
clock 14:52

2012-ci ildə dünyasını dəyişən məşhur müğənni Uitni Hyustonun anası Sissi Hyuston vəfat edib.

Kulis.az xəbər verir ki, o, 91 yaşında dünyasını dəyişib.

O, Altsheymer xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Sissi Hyuston 1960-cı illərdə İncil müğənnisi kimi şöhrət qazanıb. O, solo karyerasına keçməzdən əvvəl Aretha Franklin və Elvis Presley kimi sənətçilərin dəstək vokalçısı kimi fəaliyyətə başlayıb. Sənətçi iki dəfə “Qremmi” qazanıb.

view 491 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news