Veyd Qudvin vəfat etdi

Veyd Qudvin vəfat etdi
calendar 9 iyun 2023
clock 10:30

Texas və cənub-qərb haqqında məlumatlar verən NPR kanalının müxbiri Veyd Qudvin vəfat edib.

Kulis.az Deadline-a istinadən xəbər verir ki, 63 yaşlı müxbirin ölüm səbəbi xərçəng olub.

Qeyd edək ki, Recina Kellinin 2002-ci ildə korrupsiyaya bulaşmış narkotik əməliyyat qrupunu məhkəməyə verməsi haqqında Veyd Qudvinin yaydığı xəbərlər “Amerika bənövşəsi” filminə ilham verib.

Qudvindən yadigar həyat yoldaşı Şeron və iki qızı Hanna və Sem qalıb.

view 755 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news