Rusiyanın Xalq artisti Alla Puqaçovanın qızı Kristina Orbakaytenin martın 19-da Vladivostokda planlaşdırılan konserti ləğv edilib.
Kulis.az xəbər verir ki, bu barədə tədbirin keçirilməli olduğu “Fesco” konsert zalı məlumat yayıb. Qərarın təşkilatçılarla birlikdə qəbul olunduğu bildirilib.
Musiqili gecənin hansı səbəbdən ləğv olunduğu açıqlanmayıb.
- Tramp Nobelə namizəd göstərildi
- “Ah, bu uzun sevda yolu” tamaşası yenidən göstəriləcək
- Xəyyam Mirzəzadə dəfn edildi - YENİLƏNİB
Qeyd edək ki, Alla Puqaçova və qızının bir neçə gün əvvəl Krasnoyarsk və İrkutskdakı konsertləri də ləğv olunmuşdu. Daha əvvəl isə K.Orbakayteninin Ulan-Ude və Çitada turları təxirə salınmışdı.