Yevgeni Yevtuşenko anıldı 

Yevgeni Yevtuşenko anıldı 
calendar 20 oktyabr 2016
clock 13:40


Azərbaycan Yaradıcılıq Fondunun (AYF) təşkilatçılığı ilə müasir rus şairi Yevgeni Yevtuşenkonun yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib. Kulis.azın məlumatına görə AYF sədrinin müavini, əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlının açıq elan etdiyi tədbir “Bir aktyorun teatrı” formasında təşkil olunub.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, əməkdar mədəniyyət işçisi Çimnaz Əliyeva, bəstəkar, professor, əməkdar incəsənət xadimi Azər Dadaşov, əməkdar incəsənət xadimi, rejissor Vasif Babayev, şairə Alina Talıbova və başqaları iştirak ediblər.

Rafiq Kaşanlı görkəmli şairin həyat və yaradıcılığından danışaraq onun şeirlərini oxuyub. Təbdirdə iştirak edən digər şəxslər də şairin “Analar dünyalarını dəşiyirlər”, “Çox sağ ol”, “Qadınlar” və başqa şeirlərini səsləndiriblər.

view 1367 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news