Milli Kino Günü qeyd olunub
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun 121 illiyinə həsr olunan tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev nazir Əbülfəs Qarayevin təbrikini kino xadimlərinə çatdırıb.
- Qardaşı oğlu məşhur müğənnini oğurluqda ittiham etdi
- Qızını məcbur aborta göndərdi, özündən 17 yaş kiçik aktyorla eşq yaşadı, övladı ilə eyni xəstəxanada can verdi...
- Məşhur aktyor vəfat etdi
Nazir müavini Azərbaycan kinosunun qazandığı uğurlar barədə danışıb.
Daha sonra bir qrup kino xadimi mükafatlandırılıb.
Sonda isə gənc rejissorlar Kamal Yaşarın "Dan Yeli", Pərviz Həsənovun "Soraq" və Orxan Ağazadənin "Oturacaqlar" filmləri nümayiş olunub.