Tanınmış tədqiqatçı vəfat etdi

Tanınmış tədqiqatçı vəfat etdi
calendar 22 fevral 2018
clock 10:18

Tanınmış tədqiqatçı, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Teyyub Qurban vəfat edib.

Kulis.az modern.az-a istinadən xəbər verir ki, yaxınlarının məlumatına görə, Teyyub Qurban bu gün dünyasını dəyişib. Mərhum sabah saat 2-də Bülbülə kəndində dəfn olunacaq.

Qeyd edək ki, Teyyub Qurban 1934-cü ilin dekabr ayının 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olub. T.Qurban Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Azərbaycan Xalq Cühmuriyyəti və Repressiya dövrünün araşdırıcısı kimi tanınırdı.

Allah rəhmət eləsin!

view 1696 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news