Azərbaycanlı şairə vəfat edib

Azərbaycanlı şairə vəfat edib
calendar 16 avqust 2019
clock 15:26

Azərbaycanlı şairə Rahilə Dövran (Rahilə Vəli qızı Əliyeva) vəfat edib.

Kulis.azın verdiyi xəbərə görə, bu haqda mərhumun rəfiqəsi Təranə Əliyeva məlumat verib.

Rahilə Dövran 1958-ci ildə Naxçıvanın Qaraçuq kəndində doğulub. İlk təhsilini Qaraçuq kənd məktəbində alıb. R.Dövran Azərbaycan Pedaqoji Universitetinin kimya-biologiya fakültəsinin biologiya ixtisası üzrə tam kursunu bitirib. Onda poeziyaya həvəs gənc yaşlarından oyanıb. Şeirləri respublikanın müxtəlif qəzet və jurnallarında dərc olunmuş, bir neçə şeirinə mahnı bəstələnmişdir.

view 2624 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news