“Çex-Azərbaycan lüğəti” nəşr olundu

“Çex-Azərbaycan lüğəti” nəşr olundu
calendar 15 noyabr 2016
clock 11:30

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Çex-Azərbaycan lüğəti” işıq üzü görüb. Kulis.azın məlumatına görə lüğət çex dilinə yiyələnmək istəyənlər – tələbələr, diplomatlar, iş adamları, tərcüməçilər üçün nəzərdə tutulub.

Nəşrin tərtibçisi filologiya elmləri doktoru, professor Elçin Mehri, redaktoru Güldəstə Nəsibdir.

Lüğətin elektron versiyası yaxın günlərdə Mərkəzin “Açıq kitab” elektron kitabxanası istifadəçilərinin ixtiyarına veriləcək.

view 1020 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news