Orfoqrafiya sözlüyümüzün onlayn versiyası hazırlanıb

Orfoqrafiya sözlüyümüzün onlayn versiyası hazırlanıb
calendar 11 yanvar 2018
clock 13:18

Tərcümə Mərkəzinin yeni nəşri – “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün onlayn versiyası mərkəzin “Açıq kitab” elektron kitabxana portalına yerləşdirilib.

Kulis.azın məlumatına görə, oxucular www.achiqkitab.az saytının “Tərcümə Mərkəzinin kitabları” bölməsinə daxil olmaqla kitabdan pulsuz yararlana bilərlər.

Qeyd edək ki, sözlük – Azərbaycan dilinin söz ehtiyatının kəmiyyət üzrə deyil, saf Azərbaycan sözlərinin, eləcə də dilimizə daxil olmuş, işləklik qazanmış alınma söz və terminlərin seçimi və vahid, düzgün yazılış qaydası prinsipi üzrə tərtib edilib.

view 1080 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news