Alen Delon aləmi qarışdırdı: “Məni itimlə basdırın”

Alen Delon aləmi qarışdırdı: <span style="color:red;">“Məni itimlə basdırın”
calendar 23 yanvar 2018
clock 10:08

Məşhur aktyor Alen Delonun “Paris Match” qəzetinə verdiyi müsahibə heyvansevərlərin hiddətinə səbəb olub.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, bu hiddətə səbəb 83 yaşlı aktyorun öz itiylə bağlı verdiyi açıqlama olub. O, söyləyib ki, öldüyüm gün baytarlar itimi yatızdıraraq mənimlə birlikdə - qollarım arasında basdırsınlar: “Luobo mənə çox bağlıdır, onun hər gün məzarımı ziyarətə gəlməsinə dayana bilmərəm.”

Heyvansevərlər aktyorun bu qərarının heyvan haqlarını pozduğunu qeyd edirlər və ondan qərarının dəyişdirməsini tələb edirlər. Hətta bu tələblə onun yaxınlarına da müraciət olunub.

Xatırladaq ki, Alen Delonun indiyə kimi 50-yə yaxın iti olub. Onların 35-i üçün qəbir düzəltdirib.

view 1163 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news