Parisdə Pyer Karden mərkəzində oktyabr ayının 22-dən 26-a qədər “Salon biznes art – 2015” adlı müasir incəsənət sərgisi keçirilib. Kulisin məlumatına görə sərgidə azərbaycanlı rəssam Səbinə Abdullayeva da iştirak edib.
Bütün dünyada məşhur olan bu böyük incəsənət sərgisində dünyanın otuz ölkəsindən 150 sayda rəssam, heykəltəraş və fotoqraf iştirak edib.
Sərgidə şüşə üzərində “Nar”, “Şərq gözəli”, “Qaçan insan”, “Muza”, “Qarabağ kilimi”, “Xurma ağacı” adlı naqqaşlıq nümunələri nümayiş olunan həmyerlimiz rəssam Səbinə Abdullyeva “Qran Pri” mükafatına layiq görülüb.
- “Oskar”ı almış ən gənc rejissor vəfat etdi
- Tağıyevin heykəlinin açılışı Novruz bayramında olacaq
- Serdar Akarın yeni filminin nümayiş tarixi açıqlandı
Bu, Fransa tarixində baş tutmuş yeddinci “Salon biznes art” sərgisidir.