“Sakit Don” yenidən ekranlaşdırılır

“Sakit Don” yenidən ekranlaşdırılır
calendar 23 iyul 2014
clock 10:35

Rus kinematoqrafçıları Mixail Şoloxovun “Sakit Don” romanını yenidən ekranlaşdırırlar. Yeni serial versiyası üzərində rejissor Sergey Ursulyak işləyir.

Serial ekrana 2015-ci ildə çıxacaq.

Ekspertlər artıq indidən serialı Sergey Gerasimovun 1958-ci ilə çəkdiyi məşhur ekranizasiyası ilə müqayisə edirlər.

Serialın prodüseri Mariya Uşakova isə bildirib ki, bu, remeyk yox, sadəcə ekranizasiyadır.

Film Şoloxovun doğulduğu yerdə Veşenskaya kəndi yaxınlığında çəkilir.

Baş rolları gənc aktyorlar Polina Çernışeva, Yevgeni Tkaçuk oynayır.

view 2811 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news