Hekayə müsabiqəsinin qalibləri mükafatlandırılacaq

Hekayə müsabiqəsinin qalibləri mükafatlandırılacaq
calendar 10 may 2016
clock 13:21

Mayın 11-də, saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində “Quran motivləri əsasında hekayələr” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.

Kulis.az-ın məlumatına görə, tədbir Azərbaycan Yaradıcılıq Fondu və Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihəsidir və Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunur.

Mükafatlandırma mərasimində dövlət və hökumət rəsmiləri, universitet rektorları, millət vəkilləri, müxtəlif elmi və yaradıcı təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, yazıçı və şairlər iştirak edəcək.

Tədbirə media əməkdaşları dəvətlidir.

view 1102 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news