Elçin Əzizov “Don Karlos” operasında Rodriqo obrazında

Elçin Əzizov “Don Karlos” operasında Rodriqo obrazında
calendar 12 avqust 2017
clock 10:28

Noyabrın 15-dən 19-dək Rusiya Böyük Teatrında Cüzeppe Verdinin “Don Karlos” operası nümayiş etdiriləcək. Kulis.azın AZƏRTAC-a istinadla xəbər verir ki, səhnə əsərində Rodriqonun partiyasını noyabrın 16-da və 18-də Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov ifa edəcək.

E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos”, Aleksandr Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.

view 1346 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news