"Mimino" filminin ssenari müəllifi vəfat edib

"Mimino" filminin ssenari müəllifi vəfat edib
calendar 7 iyun 2021
clock 09:57

Sovet və gürcü rəssamı, teatr və kino rejissoru, ssenarist, yazıçı, Georgi Danelianın “Mimino” filminin ssenari müəlliflərindən biri olan Rezo Qabriadze 84 yaşında Tbilisidə vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyindən bildirilib.

“Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi Gürcüstanın xalq artisti, Şota Rustaveli adına Dövlət mükafatı laureatı, görkəmli yazıçı, rəssam, teatr və kino rejissoru Rezo Qabriadzenin vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir”, - deyə açıqlamada qeyd olunub. Bildirilir ki, Qabriadzenin ölümü Gürcüstan mədəniyyəti üçün ciddi bir itkidir.

R.Qabriadze 1936-cı il iyun ayında Kutaisi şəhərində anadan olub. “Mimino”, “Kədərlənmə!”, “Kvevri”, “Serenada” və s. kimi 35-dən çox Gürcüstan və Sovet filminin ssenari müəllifidir. Qabriadze, həmçinin 50-dən çox kitab üçün illüstrasiyalar yaradıb.

# 1614 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news