17 yaşlı rejissorumuzun filmi ABŞ-da qalib oldu

17 yaşlı rejissorumuzun filmi ABŞ-da qalib oldu
calendar 2 iyun 2020
clock 15:31

Amerika Birləşmiş Ştatlarının Florida ştatında 3-cü Cənub-Şərq Regional Film Festivalı keçirilib. Mayın son günündə ABŞ-ın Ceksonvil şəhərindən Azərbaycana sevindirici xəbər gəlib.

Kulis.az xəbər verir ki, münsiflər heyətinin qərarı ilə həmyerlimiz İsmayıl Məlikovun çəkdiyi “UP” (“Yüksəkdən”) adlı qısametrajlı film “Ən yaxşı eksperimental film və virtual reallıq” nominasiyası üzrə qalib elan olunub. İsmayıl Məlikov filmin rejissoru, prodüseri, eyni zamanda xüsusi effektlər üzrə rəssamıdır. Ekran əsərində Litvadan olan bəstəkar Martinas Launun razılığı ilə onun “Eterniy” (Sonsuzluq) kompozisiyasından istifadə olunub.

Altı dəqiqə yarımlıq filmin yaradılmasına İ.Məlikovu ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi - NASA-nın kitabxanasında toplanılıb və Yer kürəsinin real peyk görüntülərini əks etdirən materiallar ilhamlandırıb. Müasir rəqəmsal texnologiyalardan və yeni metodlardan istifadə etməklə gənc azərbaycanlı rejissor landşaft çəkilişləri üzərində eksperimentlər apararaq planetimizin kosmosdan bənzərsiz və cəzbedici mənzərələrini özünəməxsus tərzdə nümayiş etdirməyə müvəffəq olub.

On yeddi yaşlı İsmayılın “UP” filminin başqa uğurları da var. Belə ki, o, bu il İngiltərədə keçirilən “İlk filmim” Lift-Off FTF Sessions” müsabiqəsinin də finalçıları sırasında yer alıb. İ.Məlikov, eləcə də Ukraynada təşkil edilən Xarkiv Beynəlxalq İncəsənət və Səyahətlər Festivalının “şort-listinə” daxil edilib./azertag.az/

# 1780 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news