42-ci İstanbul Film Festivalının qalibləri mükafatlandırıldı

42-ci İstanbul Film Festivalının qalibləri mükafatlandırıldı
calendar 19 aprel 2023
clock 16:20

İstanbul Mədəniyyət və İncəsənət Vəqfi (İKSV) tərəfindən təşkil edilən 42-ci İstanbul Film Festivalının mükafatlandırma mərasimi baş tutub.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, festivalda milli və beynəlxalq kateqoriyalarda 59 qısa və uzunmetrajlı film yarışıb.

Mükafatlandırma mərasimi Soho House İstanbulda keçirilib.

Mərasimda Beynəlxalq və milli "Qızıl Lalə" mükafatından əlavə, milli müsabiqənin ən yaxşı rejissoru, münsiflər heyəti xüsusi mükafatı, ən yaxşı aktrisası, ən yaxşı aktyoru, ən yaxşı ssenarisi, ən yaxşı operatoru, ən yaxşı montajı, ən yaxşı bədii rejissoru və ən yaxşı orijinal musiqisi elan edilib.

Mərasimdə həmçinin "Milli Sənədli Film Müsabiqəsi", "Milli Qısa Film Müsabiqəsi" mükafatları, "Gənc Usta" mükafatı, "2Seyfi Teoman Ən Yaxşı İlk Film" Mükafatı və Beynəlxalq Kino Tənqidçiləri Federasiyası (FIPRESCI) mükafatları təqdim edilib.

Qeyd edək ki, rejissor João Kaniyonun sədrliyi ilə prodüser Dora Buçuça, rejissor Teona Struqar Mitevska, rejissor Aleksandr O. Filip və aktrisa Maeve Cinkinqs 42-ci İstanbul Film Festivalının Beynəlxalq Müsabiqə münsiflər heyəti üzvlərinin arasında olublar.

Festivalın qaliblərini təqdim edirik:

Ən yaxşı rejissor

Belmin Söylemez - "Güzgü, güzgü"

Ən yaxşı aktrisa

Manolya Maya, Şenay Aydın, Laçin Ceylan - "Güzgü, güzgü" filmində

Ən yaxşı aktyor

Alper Çankaya - "Şüşə pərdə" filmində

Ən yaxşı ssenari

Ayşe Polat - "Çıxılmaz vəziyyətdə"

Ən yaxşı operator işi

Barış Aygen - "Bir çimdik mixək"

Ən yaxşı montaj

Serhad Mutlu və Yörq Volkmar - "Çıxılmaz vəziyyətdə"

Ən yaxşı quruluşçu rəssam

Meral Efe Yurtseven və Emre Yurtseven - "İquana Tokio"

Ən yaxşı orijinal musiqi

Kazuya Naqaya Sound Walk Collektive - "Iquana Tokio"

42. İstanbul Film Festivali ödülleri sahiplerini buldu - 2

42. İstanbul Film Festivali ödülleri sahiplerini buldu - 3

42. İstanbul Film Festivali ödülleri sahiplerini buldu - 5

# 855 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news