Aşıq Ələsgərin şeirlər kitabının təqdimatı keçirilib

Aşıq Ələsgərin şeirlər kitabının təqdimatı keçirilib
calendar 6 avqust 2021
clock 14:05

“Dədə Ələsgər Ocağı" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyində Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, təqdimat mərasimində şair, tərcüməçi Səlim Babullaoğlu, şair, tərcüməçi İmir Məmmədli, Gürcüstanın Azərbaycandakı Elçiliyinin nümayəndələri Georgi Buaçidze, Malxaz Xulordava, iqtisadçı Rüstəm Dastanoğlu, iş adamı Akif Nəbiyev, Ələsgərşünas alim Fəxrəddin Salim, şair Qılman İman, riyaziyyat elmləri doktoru Məhəbbət müəllim, riyaziyyatçı Maksim Şamil, professor Çingiz Abdullayev, tibb üzrə fəlsəfə doktoru, həkim Abbas Bağırov, şair, publisist Güllü Eldar Tomarlı, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, tədqiqatçı-yazar Məlahət İsmayılqızı, Rəşid Süleymanov və Aşıq Ələsgərin nəticəsi, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərov çıxış edərək Aşıq Ələsgər irsinin zəngliyindən, gürcü dilində nəşr edilən şeirlər kitabının oxucularının rəğbətini qazanacağından, iki ölkə arasında dostluq münasibətlərinin inkişafına böyük töhfə verəcəyindən söhbət açıblar.

Kitabın “Ön söz” müəllifi Ələsgərşünas alim Fəxrəddin Salim, gürcü dilinə tərcümə edən tanınmış şair İmir Məmmədli, sponsor və ideya müəllifi Rüstəm Dastanoğludur.

# 1822 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news