Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir

Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir
calendar 12 avqust 2020
clock 09:57

“Qarabağ. İnsan. Qələbə.” tammetrajlı bədii film senari müsabiqəsi elan edilir.


Kulis.az xəbər verir ki, Qarabağ həqiqətlərinin beynəlxalq arenada səslənməsində kinematoqrafın oynaya biləcəyi müsbət rolu nəzərə alaraq, o cümlədən kinematoqrafiyamızda Qarabağ müharibəsinin yaşatdığı insan faciələrini tam dolğunluğu və realistik əksinin vacibliyini qeyd edərək, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Qarabağ. İnsan. Qələbə” tammetrajlı bədii film ssenarisi müsabiqəsi elan edir:

-Müsabiqəyə təqdim edilən ssenarinin janrındnan asılı olmayaraq, Qarabağ müharibəsini insan taleyi, onun draması və faciəsi prizmasından ifadəsi, həm yerli , həm də xarici tamaşaçıya maraqlı olması arzu olunandır.

- Müsabiqədə iştirak üçün tammetrajlı bədii filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda, şrift Courier New, ölçü 12), müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur. Ssenari 22 noyabr 2020-ci il tarixinə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir.

Ünvan: Bakı şəhəri, Həsən Seyidbyli 18

-Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı.

- Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.

- Baş mükafat 5000 AZN

- Həvəsləndirici mükafat (2 ssenari) 2500 AZN

Qalib ssenari istehsalı məqsədəuyğun layihə olaraq Mədəniyyət Nazirliyinə təqdim ediləcəkdir.

Əlavə məlumat üçün əlaqə: (012)5059533, mail: [email protected]

# 1611 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news