Azyaşlılar üçün nağıl müsabiqəsi elan edildi

Azyaşlılar üçün nağıl müsabiqəsi elan edildi
calendar 9 aprel 2020
clock 19:05

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti aksiya ilə balacaları yenidən öz ətrafına toplayacaq.

Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyası, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Kulis. Az saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı müsabiqəyə start verir.

Uşaqların evdəki vaxtlarını səmərəli keçirmələri, yaradıcılıq potensiallarını sərbəst nümayiş etdirmələri və onların ümumilikdə epidemiya, ondan qorunmaq üsulları ilə bağlı bilgilərini müəyyənləşdirmək məqsədilə təşkil olunan müsabiqə aprelin 10-dan 30-dək davam edəcək. 7-13 yaş arası uşaqlar arasında baş tutacaq müsabiqəyə təqdim olunacaq nağılları yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyəti dəyərləndirəcək.

Onu da qeyd edək ki, ümumilikdə 10 nağıl müəllifi seçiləcək ki, onlardan da ilk iki yerin sahibi münsiflər heyəti, 3-cü qalibi isə onlayn (nağıllar Kulis.az saytında yerləşdiriləcək) səsvermənin nəticəsi təyin edəcək. Qalan 7 nəfər balaca nağılçıya isə müsabiqədə iştirak diplomları təqdim olunacaq.

İlk üçlükdə yer alan nağıllar birləşdirilməklə onların əsasında tamaşa da hazırlanacaq. Belə ki, “Oyuq” teatr-studiyasının həvəskar aktyorları və teatrın peşəkar aktyor truppasının iştirakı ilə ərsəyə gələcək bu tamaşa karantin müddəti bitdikdən sonra səhnələşdirilməklə teatr mövsümünün sonunadək teatrsevərlərin ixtiyarına veriləcək. Premyera günü qaliblərin mükafatlandırılması mərasimi də baş tutacaq.

Müsabiqədə iştirak etmək istəyən balaca dostlarımıza nağıllarını [email protected] ünvanına qısa tərcümeyi-hallarını əlaqə nömrələri də qeyd olunmaqla göndərməyi və evdə qalmaqla sağlamlıqlarını qorumağı tövsiyə edirik.

# 4633 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news