Bakı caz festivalı yubileyini qeyd edəcək

Bakı caz festivalı yubileyini qeyd edəcək
calendar 25 sentyabr 2020
clock 18:50

Bakı Caz Festivalı on beşillik ildönümünü üçgünlük televiziya şousu ilə qeyd ediləcək.

Kulis.az xəbər verir ki, “Bakı Caz Festivalı-2020” koronavirus pandemiyası səbəbindən AzTV məkanından oktyabrın 9-dan 11-dək təqdim ediləcək. Festivalın xüsusi seçilən hadisəsi dünya caz ulduzlarının Bakıda keçirilmiş caz festivalları zamanı səhnəarxası həyatı barədə xüsusi buraxılış verilişləri olacaq.

Caz telemarafonu Azərbaycan caz musiqiçilərinin qala-konsertləri nümayiş edəcək. Həmçinin Bakını ziyarət etmiş dünya caz musiqi ulduzları tərəfindən xüsusi təbriklər və müxtəlif ölkələrin adından çıxış edən musiqiçilərin onlayn “jam sessions”ları təqdim olunacaq.

Telemarafonun xüsusi qonaqları Kendi Dalfer (Niderland), “Küspert & Kollegen” (Almaniya), “Gaspar Karoly Trio” (Macarıstan) ansamblları, Şahin Növrəsli, İsfar Sarabski və onların caz dostları olacaq.

Festival ərzində tamaşaçılara caz musiqisi üslublarının xüsusi rəngarəngliyi ilə seçilən konsertləri təqdim ediləcək. Onların arasında avanqard, ənənəvi caz, etnocaz kimi cərəyanlar nümayiş olunacaq. Bu hadisə dünyanın aparıcı telekanallarının diqqətini daima cəlb edir, hər il “Euronews” kanalı tərəfindən geniş işıqlandırılır.

# 1796 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news