Deputat Milli Məcilisdə tanınmış tərcüməçinin problemini qaldırdı

Deputat Milli Məcilisdə tanınmış tərcüməçinin problemini qaldırdı
calendar 5 may 2020
clock 11:06

“Nə vaxta qədər alim, yazar, tərcüməçi əsl sənət adamı bu ölkədə ali dəyərə çevrilməyəcək?"

Kulis.az xəbər verir ki, bu sözləri millət vəkili, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib. Tanınmış tərcüməçi Sevil Nuriyevanın (Sevil Gültən) problemini gündəmə gətirən millət vəkili mədəniyyət siyasətində ciddi nöqsanlar olduğunu diqqətə çatdırıb:

"Sevil Nuriyeva ingilis dilindən 50 romanı dilimizə tərcümə edib. 70-dən artıq Azərbaycan müəllifinin əsərini ingilis dilinə peşəkarlıqla çevirib. Azərbaycanda yüksək peşəkarlığı olan tərcüməçi defisiti var, adam iki qız övladı ilə 59 yaşında kirayələrdə çürüyür, ölkəmizi intellektual fəaliyyəti ilə dünyada uğurla təmsil edir, kimsənin vecinə deyil. 100-dən artıq ziyalı ölkə prezidentinə onun mənzil probleminin həlli ilə bağlı müraciət edib. Ümid edirəm ki, bu müraciətə yaxın zamanlarda müsbət cavab veriləcək. Ancaq düşündürücü budur ki, niyə indiyədək hər bir toy müğənnisinə ev və ya təltif üçün müraciət edən mədəniyyət naziri ölkədə barmaqla sayılacaq bir tərcüməçinin taleyi ilə maraqlanmayıb? Nə vaxta qədər alim, yazar, tərcüməçi əsl sənət adamı bu ölkədə ali dəyərə çevrilməyəcək?"

# 3026 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news