Hikmət babanın peyğəmbərliyi - Ayxan yazır...

Hikmət babanın peyğəmbərliyi - Ayxan yazır...
calendar 7 oktyabr 2020
clock 14:48

Bir dəfə İsa peyğəmbər ianə qutusu qarşısında oturub xalqın daxıla pul atmasını müşahidə edir. Varlıların çoxu topa-topa pul atırdılar. Onlardan sonra nimdaş geyimli yoxsul dul qadın daxılın yanına gəlir və iki lepton (ən kiçik pul vahidi) atıb gedir. İsa peyğəmbərə bu hadisə çox təsir edir və o, öz şagirdlərini yanına çağırıb onlara deyir:

"Sizə düzünü deyirən, bu yoxsul dul qadın hamıdan çox pul atdı daxıla. Çünki o biriləri öz varlarından artığını verdilər. Bu qadın isə olan-qalanını, bütün varını, dolanmaq üçün əlində qalan axırıncı pulu verdi".

Bu məşhur dini əhvalat bu yaxınlarda Şəkinin Baş Küngüt kəndindən olan Hikmət babanın ordumuz üçün öz təqaüdündən 180 manat köçürməsi əhvalatının eynisidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Şəkiyə gedərək Hikmət babanı tapıblar.

Qoca deyib ki, pulu balalarımız düşmən əsarətinə düşməsin deyə, Ordumuza dəstək məqsədilə ödəniş edib. Hikmət baba bu dəqiqə cəbhəyə getməyə hazır olduğunu da bildirib.

Bir var ki, kiməsə göstərmək üçün yardım edirsən. Olsun, bu da bir dəstəkdir. Bir var, varındı, verirsən və düşünürsən ki, onsuz da bu pul məndən heç nə əksiltməyəcək.

Bir də var Hikmət baba kimi adamlar.

Olan-qalanını, nəyi varsa onu peşkək eləmək.

Sevgiylə...

Heç nə düşünmədən...

Əminəm ki, o, bütün varını-yoxunu pay verib.

Əlində qalanı.

Bu zamanda, dünyanın laqeydliyə büründüyü, hamının kapitaliscəsinə düşündüyü zamanda Hikmət babanın bu ibrətamiz hərəkəti hamımızı çaşdırır.

Niyə?

Çünki biz onun kimi insanları az-az görürük.

Dünyanın dəyişdiyi, hamının soyuq olduğu dövrdə bir qoca əlindəki pulu döyüşən əsgərlərə verir və özü də cəbhəyə getmək istəyir.

Bu sevgi, bu möhtəşəm sadəlik insanı riqqətə gətirir.

O qoca sübut etdi ki, bizim içimizdə nəhayətsiz insanlıq yatır. Yatan dinozavrlar kimi biz o insanlığı oyatmağa qorxmuşduq.

Qarabağdakı savaşın başlaması, illərdir həsrət qaldığımız torpaqlara qovuşmaq ümidi bizə o yatmış insanlığı oyatmaq şansı verdi.

Hikmət baba öz olan-qalan 180 manatıyla etdi bunu.

Məncə, təkcə bu hekayə bizim qələbəmizdir.

# 3475 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news