İndi gözlərdən ümidlər tökülür... - Məşhur qəzəlxan müharibədən şeir yazdı

İndi gözlərdən ümidlər tökülür... - Məşhur qəzəlxan müharibədən şeir yazdı
calendar 1 oktyabr 2020
clock 10:58

Kulis.az şair, qəzəlxan Pünhan Əzimlinin son şeirini təqdim edir.

İndi addımlar ibadət sayılan xidmətdir
İndi xəncərlər ədalət dağıdan qüdrətdir
İndi torpaqlar iqamət yeri yox, cənnətdir
İndi hər yurd anadır, hər yan Azərbaycandır
İndi, məhz indi Azərbaycan Azərbaycandır!

İndi qeyrətlilərin nərəsi dünyanı tutub
İndi azadlığa çağrış səsi dünyanı tutub
İndi gur səsli zəfər nəğməsi dünyanı tutub
İndi şirtək oxuyan meydan Azərbaycandır
İndi, məhz indi Azərbaycan Azərbaycandır!

İndi gözlərdən ümidlər tökülür, yaş da gəlir
İndi qardaşının imdadına qardaş da gəlir
İndi A hərfi misalında adın başda gəlir
“Zər” vətən mülkü, “bay” əsgər, “can” Azərbaycandır
İndi, məhz indi Azərbaycan Azərbaycandır!

Mən də mənfur yağının dəfinə mənfur yağıyam
Mən də qardaşın itirmişlərə dərd ortağıyam
Mən də torpağımın axır bir ovuc torpağıyam
Sor məzarın deyəcək Pünhan Azərbaycandır
Hamı qoy görsün Azərbaycan Azərbaycandır

# 2437 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news