Məhkəmədə diz çökən Ata Abdullayevin bədii obrazı 

Məhkəmədə diz çökən Ata Abdullayevin bədii obrazı 
calendar 15 mart 2021
clock 11:31

Ata Abdullayevin həbsi, brifinq həsrəti və sönən Novruz sevinci

Ata Abdullayevin həbs olunması xəbəri gündəmə bomba kimi düşdü. İlk dəfə xalqımız kiminsə həbsinə bu qədər çox sevinirdi. İnanılmaz mənzərəydi.

Məzəli istifadəçilər yazırdı ki, artıq rahat toy eləmək olar, Ata Abdullayev tutuldusa, Novruz Bayramını yaxşı qeyd eləmək olar, yaz indi-indi gəlib, Günəş heç belə gözəl olmamışdı.

Bir-birindən fərqli, qeyri-adi yumoru görəndə xalqımızın bir daha istedadlı olması həqiqətinə vaqif oldum.

Mətbuatdan bildirdilər ki, Ata Abdullayev məhkəmə prosesində hakimin qabağında diz çöküb və bağışlanmasını istəyib. Söhbət, Ata Abdullayevdən getməsəydi, bu, Dostoyevskinin qəhrəmanlarına xas hərəkət yəqin ki, xalqımızı riqqətə gətirərdi. Çünki bizim xalq tolerantdır, bağışlayandır, hardasa ictimaiyyətdə sevilməyən birini belə nə vaxtsa "onu da başa düşmək olar" arqumenti ilə bağışlaya bilər. Di gəl, söhbət mövzusu Ata Abdullayev oldusa, işlər dəyişir, xalqın gözü tərəzidir ifadəsi başa çıxır: artistlik eləyir, gözə kül üfürür və s. kimi ifadələr gözə dəyir. Düzü, arada az-maz gözə dəyən təəssüfləri görürdüm. Ata Abdullayevə ürəyi yananlar, bu işdə başqa bir söhbət axtaranlar, hətta onun da bağışlanmasını tələb edənlər...

Ümumiyyətlə, Ata Abdullayev dövrümüzün xarakterini özündə daşıyan personajdır. Qəfil getdiyin yerdə səni işə sala bilən bir insandır. Çölə çıxmısan, gəzirsən, birdən əlində telefon tutan biri səni çəkir və lazımsız suallar verir, ara qatır. Baş qoşmamaq istəyirsən, yola verirsən, xeyri yoxdur, dirəşir və görürsən ki, elə, ya belə, sussan da, danışsan da, fərqi yoxdur, artıq Ata Abdullayevin tilovuna düşmüsən. Mənə elə gəlir, bu xüsusiyyətinə görə Ata Abdullayen unikal bir obrazdır, təkrarsızdır.

Nəysə, Ata Abdullayevdən daha çox yazmağa istedadım çatmır. Əgər elə bir istedadım olsaydı, onun haqqında daha gözəl cümlələr düzüb-qoşardım. Heyf, bu şəxs o qədər qəribə biridir ki, söz belə onun yanında acizdir.

O gün hamı, bütün xalq oturub brifinq olmasını gözlədi, səs-soraq çıxmadı. Hamı gözünü döyə-döyə qaldı, amma "ondan hayle bir haber yoktu".

Brifinqin yerinə Ağdama gedən rəsmi heyət gözə dəydi. Hamı başa düşdü ki, rəsmilərin başı səfərə qarışıb və ona görə brifinq təxirə salınıb.

Bayram da heç hiss olunmur. Elə bil hər yerdə insanlar gözünü bağlayıb, qulaqlarını tutub. Dəhşətli bir səssizlik var. Və bu səssizlikdə bayram sevincinin basdırılmış səsi də eşidilmir. O səs yerli-dibli yoxdur.

Görək, başımıza nələr gəlir...

# 3261 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news