Müasir dramaturgiya müsabiqəsinin vaxtı uzadıldı

Müasir dramaturgiya müsabiqəsinin vaxtı uzadıldı
calendar 14 aprel 2020
clock 15:58

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təşkil olunan və “British Council Azərbaycan”ın dəstəyi ilə keçirilən “Yeni dudman” müasir dramaturgiya müsabiqəsi üçün iştirakçıların qəbul vaxtı mövcud vəziyyətlə bağlı bir ay uzadılır və mayın 15-dək müəyyən olunur.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, eyni zamanda, aprel və may aylarında keçirilməsi nəzərdə tutulmuş tədris proqramı koronavirus pandemiyasının qlobal şəkildə yayılması səbəbindən təxirə salınır.

Azərbaycanda və dünyadakı vəziyyətdən asılı olaraq yeni tarixlər müəyyənləşdiriləcək.

Xatırladaq ki, “Yeni dudman” Müasir Dramaturgiya Müsabiqəsi tədris proqramı, dramaturgiya müsabiqəsini və pyeslərin teatrallaşdırılmış oxunuşunu özündə ehtiva edir.

Tədris proqramı çərçivəsində yerli və xarici mütəxəssislər iştirakçılar üçün teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş mövzularda mühazirələr oxuyacaq, dram təlimçiləri isə dram əsərinin yazılma metodları haqqında praktiki seminarlar aparacaqlar. Teatr haqqında mühazirələri rejissorlar, dramaturqlar, teatr tənqidçiləri və teatrşünaslar oxuyacaq. Praktiki ustad dərslərini (drama-treninqləri) isə peşəkar dramaturqlar aparacaq. Dramaturgiya ilə bağlı treninqlər nəzəriyyə, ümumi və fərdi söhbətlər, əks əlaqə üzərində qurulmuş təcrübi tapşırıqlar üzrə intensiv məşğələlər formasında keçiriləcək. Təlimlərin yekununda iştirakçılara öz pyeslərini yazmağa vaxt veriləcək. Onlar peşəkar dram təlimçiləri ilə sıx əlaqədə mətn üzərində işləyəcəklər.

Dramaturgiya müsabiqəsi mərhələsində iştirakçılar öz pyeslərini müsabiqəyə təqdim edəcəklər. Pyeslər müsabiqəyə üç dildə – Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər. Oxunuş və quruluş üçün pyeslərin tərcümə variantından istifadə ediləcək.

Üçüncü mərhələdə, müsabiqənin yekununda təqdim olunan pyeslərin teatrallaşdırılmış oxunuşu və müzakirəsi təşkil olunacaq. Münsiflər heyəti əsərləri qiymətləndirəcək və festivalın üç qalib pyesini seçəcək. Uğur qazanmış pyeslərin 2021-ci ildə dövlət sifarişi ilə teatrlarda tamaşaya qoyulması nəzərdə tutulur.

Müsabiqənin əsas məqsədi teatr sənətinin populyarlaşdırılması, ilk növbədə yeni pyes müəlliflərinin aşkar edilməsi, habelə Azərbaycan teatr ənənələri kontekstində, ölkədə baş verən yenilikləri əks etdirən dram əsərlərinin yazılmasıdır. “Yeni dudman” müasir dramaturgiya müsabiqəsinin iki ildən bir təşkil olunması planlaşdırılır.

Müsabiqədə 16 yaşdan 50 yaşa qədər hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. Daha əvvəl pyesi tamaşaya qoyulan şəxslər müsabiqəyə qatıla bilməzlər.

# 2070 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news