Musiqili Teatr film çəkdi

Musiqili Teatr film çəkdi
calendar 19 mart 2021
clock 13:07

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 44 günlük şanlı zəfər tarixinə həsr olunmuş "Böyük qayıdış" qısametrajlı film çəkib.

Teatrın mətbuat xidmətindən Kulis.az-a bildirilib ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Samir Qulamov, ideya müəllifi Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, baş prodüseri Ülvi Cəfərov, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu operator və montajçısı Hikmət Şahverdizadədir.

Qarabağın məşhur simaları – Molla Pənah Vaqif, Molla Vəli Vidadinin obrazlarının canlandırıldığı bu qısametrajlı əsər təkcə 1-ci və 2-ci Qarabağ müharibəsində həlak olanların deyil, tarixən bu torpaqda yaşayan, bu yurda şöhrət gətirən ulularımızın da müqəddəs ruhlarına bir ithafdır.

Filmin bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev deyib: “Film pandemiya dövründən sonra hazırlayacağımız çox maraqlı bir layihəmizin kiçik parçasıdır. Çox sevinirik ki, uzun və acı həsrətdən sonra Azərbaycan xalqı yenə də o torpaqlara qayıdacaq, yenə də əkin-biçin başlayacaq, yenə də o dilbər guşəmizdə musiqi səsi eşidiləcək, Bülbülün, Cabbar Qaryağdıoğlunun xoş avazları Qarabağ ünvanlı evlərimizdə ruhumuzu oxşayacaq... İlahi ədalət öz yerini tapdı, qəlbi vətən eşqi ilə əbədiyyətə qovuşan müqəddəs ruhların fəryadı Tanrı dərgahında eşidildi... Bu gün Qarabağ azaddır. Qarabağı bizə miras qoyan ulu babalarımızın ruhları da şaddır. Biz bu qələbəmizi al qanımızla yazdıq. Ali Baş Komandanımız İlham Əliyevin əmri, müzəffər ordumuzun qətiyyəti ilə bu nisgilə son qoyduq”.

Qeyd edək ki, filmdə rolları Əməkdar artistlər – Əzizağa Əzizov, Nadir Xasiyev, aktyorlar – Gülcahan Salamova, Gülnarə Abdullayeva, Əmrah Dadaşov, İbrahim Əlizadə, azyaşlı aktyorlar – Rahib və Nuray Məmmədzadələr ifa ediblər.

11 dəqiqəlik filmdə Müdafiə Nazirliyinin, Azərbaycan Dövlət Televiziyasının və Strateji Kommunikasiyalar Mərkəzinin materiallarından istifadə edilib.

# 1792 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news