Nazir: "Şuşanın UNESCO-nun Mədəni İrs Siyahısına salınması üçün işlərə başlanılıb"

Nazir: "Şuşanın UNESCO-nun Mədəni İrs Siyahısına salınması üçün işlərə başlanılıb"
calendar 16 noyabr 2020
clock 18:49

İşğaldan azad edildikdən dərhal sonra Şuşanın UNESCO-nun Mədəni İrs Siyahısına salınması üçün işlərə başlamışıq.

Kulis.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Bildirib ki, 1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşa Tarixi-Memarlıq Qoruğu yaradılıb:

"2001-ci ildə isə Azərbaycan tərəfinin təklifi ilə Şuşa şəhəri UNESCO-nun ilkin siyahısına daxil edilib. Sadəcə olaraq, Şuşa 28 il düşmən tapdağında olduğu üçün və oradakı bir sıra tarixi abidələr - qala divarı, ev muzeyləri, məscidlər barbarcasına dağıdıldığı üçün biz bunu Ümumdünya İrs Siyahısına daxil etmək iqtidarında deyildik. Lakin Şuşa işğaldan azad edilən kimi biz dərhal elan etdik ki, işlərə başlamışıq. Bununla bağlı artıq beynəlxalq və yerli ekspertlərlə əlaqələr yaradılıb. Şuşanın tarixi mərkəzinə səfər ediləcək, oradakı mədəniyyət incilərinin monitorinqi aparılacaq və bunun əsasında da namizədlik dosyesi hazırlanaraq UNESCO-ya təqdim ediləcək"./azertag.az/

# 1925 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news